Yuxarı

Millət vəkilləri TDƏD təmsilçiləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk Dili və Ədəbiyyatı Dərnəyinin (TDƏD) rəhbər təmsilçiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, TDƏD başqan müavini Üzeyir İlbak, TDƏD Ərzurum şöbə başqanı Murad Ərdaş, TDƏD Ərzurum şöbəsi idarə heyətinin üzvləri – Murad Güvən, Ərdal Barın, Kürşad Əli Kaplan, Nihat Kılıçoğulları, Adəm Qaramanla Mədəniyyət Komitəsində baş tutan görüşdə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə vurğu edilib. TDƏD təmsilçiləri qurumun məramı-məqsədi, həyata keçirdiyi layihələr, planlar və Azərbaycanla əlaqələrin gücləndirilməsi istəkləri barədə danışıb.

Komitə sədri qardaş ölkənin aydınları ilə görüşdən şad olduğunu bildirərək, mədəniyyət, ədəbiyyat və sənətlə bağlı layihələrin, nəşrlərin günün tələbləri səviyyəsində daha da inkişafının məqsədəuyğun olduğunu deyib:

“Sizin önümüzdəki illərdə həyata keçirməyi düşündüyünüz fəaliyyətlər təqdirəlayiqdir. Çox şadam ki, bizim respublika ilə, uyğunprofilli qurumlarla əməkdaşlığın gücləndirilməsi də planlarınıza daxildir. Planlaşdırdığınız uluslararası toplantı, konfrans, simpozium, panel və konqreslərin mövzusunun müəyyənləşməsində, təşkilində Azərbaycandan olan həmkar qurumlarla əməkdaşlığınız ümumi işin xeyrinə olar. Bu sırada, hər cür bilgi, bəlgə və nəşrləri əhatə edən “Türk dili və ədəbiyyatı kitabxanası” qurmaq, hər türkün zövqlə oxuyacağı 100 kitabdan ibarət bir “ailə kitablığı” yaratmaq fikriniz diqqətəlayiqdir. Ümid edirəm, bu nəcib işləriniz başarı ilə həyata keçəcək”.

Komitə sədri qonaqlara Natəvanın, Şəhriyarın portretlərini, kitablar, habelə Xarıbülbül və Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Görüşdə millət vəkili İlham Məmmədov da iştirak edib.

Tarix
2022.05.25 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla