Yuxarı

Vəhabilərə sərt xəbərdarlıq – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəhabilərə sərt xəbərdarlıq – Rəsmi

Dini Komitə sələfilərə qarşı hüquqi addımlar atacaq.

"Axar.az" xəbər verir ki, son günlər özlərini "sələfi" adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşılıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə səsləndirilməsi müşahidə edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, "fitva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fitva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur.

Komitədən bildirilib ki, bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir:

"Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir. Sözügedən açıqlama və materiallar dini duruma birbaşa mənfi təsir edir. Qarşılıqlı ittihamlar kifayət qədər ciddidir və hüquqi qiymət verilməsinə zərurət yaranıb", – deyə, Komitədən verilən məlumatda bildirilir.

Bunlar nəzərə alınaraq həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır.

DQİDK-nın bəyanatında diqqətçəkən məqamlardan biri də son günlərdə mətbuatda və sosial şəbəklərdə yayılan məlumatların araşdırılması məqsədilə dinşünaslıq ekspertizasının təyin edilməsidir.

Bu isə öz növbəsində onu göstərir ki, əgər bu yazılar dini nifrətin və ayrıseçkiliyin qızışdırılması kimi qiymətləndirilərsə, onları yayanları ciddi məsuliyyət gözləyir və hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi qaçılmaz olacaq.

Tarix
2014.01.16 / 12:25
Müəllif
Hüseyn
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla