Yuxarı

Nazirlik: Ucuz malların yerini özünüz tapın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: Ucuz malların yerini özünüz tapın

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin), o cümlədən meyvə-tərəvəzin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrufat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Bu sözləri süni qiymət artımının tənzimlənməsi ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, ölkəmizdə meyvə-tərəvəz məhsulları əsasən fərdi təsərrufatlarda yetişdirilir və istehlak bazarına təqdim edilir:

“Buna görə də onların qiymətlərinin formalaşmasına mövsümi amillər, regionlardan bu cür məhsulların tədarük edilərək paytaxt və digər iri şəhərlərə satış üçün daşınması ilə bağlı müvafiq xərclər, hava şəraiti ilə əlaqədar tədarük (yığılan) edilən məhsulların yararsız hissəsinin maya dəyərinə əlavə olunması və s. amillər təsir edir. Keyfiyyətinə, mənşəyinə və digər xüsusiyyətlərinə görə istehlak bazarının müxtəlif məntəqələrində (bazarlar, yarmarkalar, şəbəkə və müstəqil pərakəndə satış mağazaları və.s) fərqli qiymətlərlə meyvə-tərəvəz məhsulları təklif olunur. İstehlakçılar öz ehtiyaclarına görə keyfiyyəti və qiyməti onlara daha sərfəli olan məhsulları seçərək ala bilərlər.

Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir.

Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinqlər aparılır. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır. İstehlakçılar istehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər”.

Tarix
2022.06.29 / 11:40
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla