Yuxarı

Nazirlik 400 avtomobilin pulunu köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 400 avtomobilin pulunu köçürdü

Nazir Səlim Müslümov Göygöl rayonunda 6 şəhər və rayonun sakinləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Göygöl rayonunda həmin rayonun və Gəncə, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbulda nazir bildirib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatı davam edəcək:

"İlin sonunadək 400 avtomobilin alınması üçün müvafiq vəsait köçürülüb. Onlardan artıq 100 ədədi bu günlərdə təqdim olundu. Qalan hissəsi də yaxın aylar ərzində qeyd olunan təbəqədən olanlara veriləcək".

Nazir bildirib ki, bu təbəqədən olan ailələr üçün tikilən evlərin də təmiri artıq bitib:

"Yaxın günlərdə mənzillərin ailələrə verilməsinə başlanılacaq. Gəncə şəhərində, Göygöl, Samux, Daşkəsən, Tərtər rayonlarında da fərdi evlər inşa edilir".

Tarix
2015.09.23 / 14:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla