Yuxarı

DGK əməliyyat keçirdi: siqaret, telefon, noutbuk...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DGK əməliyyat keçirdi: siqaret, telefon, noutbuk...

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları siqaretlərin, mobil telefon və aksesuarların, müxtəlif adda məhsulların Azərbaycanın gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə Axar.az-a DGK-dan məlumat verilib.

Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantalara gömrük yoxlaması həyata keçirilib.

Bu zaman vətəndaş tərəfindən gömrük nəzarətinə bəyan edilməyən, şəxsi istifadə malları qismində təqdim etdiyi 3 ədəd əl çantasının və 1 ədəd çamadanın müxtəlif yerlərində 1180 ədəd aksiz markası ilə markalanmayan siqaret, 3 ədəd “iPhone 13 pro max 128 GB” markalı mobil telefon, 5 ədəd “İPhone13 pro” markalı mobil telefonun qutusu, 2 ədəd “iPhone” markalı mobil telefon üçün qidalandırıcı başlıq, 2 ədəd “Macbook air” markalı noutbuk və qutusu, 2 ədəd “Galaxy Watch 4” markalı saat, 3 ədəd “Sony” və “Logitech” markalı “playstation” idarəetmə qurğusu, 15 ədəd “Sony-playstation” üçün oyun diski, 7 ədəd “USB”, 1 ədəd “Airpods pro” markalı “qulaqlıq” 1 ədəd səsgücləndirici qurğu, 4 qutu üzərində “Dulcolax bisacodyl 5 mg, 40 tablet” yazısı olan dərman preparatı, 29 ədəd üzərində “Yuolo 2500 puffs” yazısı olan elektron siqaret, həmçinin 23 ədəd üzərində “Green Coffe 30 tablets” yazısı olan 23 ədəd kofe, 15 ədəd gülab suyu, 10 ədəd “Dure touch 60 ml.e” markalı ətir və 2 qutu qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.07.05 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla