Yuxarı

Sərhədi pozan İran vətəndaşları saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədi pozan İran vətəndaşları saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən Axar.az-a bildirilib ki, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən 1 nəfər İran İslam Respublikası vətəndaşı 1971-ci il təvəllüdlü Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.

İyul ayının 1-də saat 09:45-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.

İyul ayının 1-də saat 22:25-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən İraq İslam Respublikası vətəndaşı 1996-cı il təvəllüdlü Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.

İyul ayının 1-də saat 10:30-da “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Göyçay rayon sakini 1991-ci il təvəllüdlü Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onun 23.06.2022-ci il tarixdə rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2022.07.05 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla