Yuxarı

Azərbaycanda polisin səlahiyyətləri artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda polisin səlahiyyətləri artırılır

Azərbaycanda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşlarının yerinə yetirdiyi vəzifələrin miqyası genişləndirilir.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Bununla bağlı Milli Məclisdə "Polis haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Milli Məclisdən verilən məlumata görə, "Polis haqqında" qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizlin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilməsini nəzərdə tutan layihə hazırlanıb.

Belə ki, həmin maddəyə əlavə ediləcək 7-1 bəndinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Tarix
2015.09.24 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla