Yuxarı

Balakəndə yeni su mənbəyi yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə yeni su mənbəyi yaradılır

Azərsu ASC "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Balakən şəhərində əhalini dayanıqlı, keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni su mənbəyi yaradır.

Axar.az quruma istinadən xəbər verir ki, hazırda subartezian quyuların qazılması, anbarların tikintisi və yenidən qurulması işləri davam etdirilir.

Balakənçayın məcrasında 10 subartezian quyusunun qazılması, hər birinin tutumu 500 kubmetr olan mövcud su anbarlarının yenidən qurulması və 2000 kubmetr tutumu olan 2 yeni su anbarının tikilməsi layihələndirilib.

Ötən müddətdə 7 subartezian quyusu qazılıb və onlardan 5-i istismara verilib. Su anbarları ərazisində hər birinin tutumu 2 000 kubmetr olan 2 yeni su anbarı inşa olunub. Eyni zamanda 500 kubmetr tutumu olan 2 mövcud su anbarı yenidən qurulub. Layihə çərçivəsində anbarlararası xətlərin tikintisi və elektrik təchizatı sistemlərinin yaradılması işləri həyata keçirilib.

Layihənin növbəti mərhələlərində şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Gələcəkdə Siltikçay mənbəyində suqəbuledici qurğu tikiləcək və 6 subartezian quyusu qazılacaq, Su mənbəyindən şəhərə 7,6 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Bu layihədən 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.

Tarix
2022.08.10 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla