Yuxarı

Bu il “Azəriqaz”ın 14 əməkdaşı işdən çıxarılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il “Azəriqaz”ın 14 əməkdaşı işdən çıxarılıb

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi üzrə işçilərə 2 310 intizam tənbehi verilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bunlardan 611-i mühəndis-texniki işçilərə, 1 699-u isə fəhlə heyətinə verilib:

“Bu müddət ərzində intizam tənbehlərindən 1 237-si töhmət, 820-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 239-u aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 14-ü isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmə olub”.

R.Cavadov qeyd edib ki, bu ilin iyul ayı ərzində “Azəriqaz” üzrə işçilərə 169 intizam tənbehi verilib: “Bunlardan 55-i mühəndis-texniki işçilərə, 114-ü isə fəhlə heyətinə verilib. İyulda intizam tənbehlərindən 78-i töhmət, 72-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 17-si aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 2-si isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə olub”.

Tarix
2022.08.12 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla