Yuxarı

“Azərlotereya” ASC 5 milyon manatdan çox vergi ödəyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərlotereya” ASC 5 milyon manatdan çox vergi ödəyib

Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2021-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Axar.az xəbər verir ki, “Azərlotereya” ASC 2021-ci il hesabat dövründə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolma əvvəlki ilə görə 290 faiz artaraq 5,1 milyon manat təşkil edib.

Şirkətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı yaranmış bütün vergi öhdəlikləri qanunvericiliyə uyğun olaraq zamanında ödənilib, hər hansı bir vergi öhdəliyi qalmayıb.

2021-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 147 faiz artaraq 43,9 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2020-ci illə müqayisədə 212 faiz artıb.

Bununla yanaşı, şirkətin ümumi mənfəəti 170 faiz artaraq, 7,7 milyon manatdan 20,9 milyon manata yüksəlib, xalis mənfəəti isə 73 faiz artaraq 7,6 milyon manata çatıb.

2021-ci il ərzində şirkət 5,6 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 1,1 milyon manatdan 6,7 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2021-ci ilin sonu cəmi aktivləri 31,8 milyon manat təşkil edib. Şirkətin 2020-ci ilin sonunda cəmi aktivləri 11,1 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 33 faiz artaraq, 9,7 milyon manata çatıb.

Tarix
2022.08.18 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla