Yuxarı

ABB “ƏDV geri al”maq imkanını daha da genişləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ƏDV geri al” xidməti istifadəçilərinin imkanlarını genişləndirmək üçün ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir.

Axar.az xəbər verir ki, artıq Golden Pay şirkətinə məxsus Hesab.az saytı və tətbiqində də ABB-yə aid virtual ƏDV kartını aktivləşdirmək və alış-veriş çeklərini oxutmaq mümkündür.

Beləliklə, müştərilər bundan sonra çekləri həm ABB mobile tətbiqi, həm Azercell, həm də Hesab.az vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplaya bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur.

Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2022.08.25 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əl-Əzhərin Şeyxinə başsağlığı verdi

Pezeşkian Bakıya gəlmədi – Amuli təşəkkür etdi

Rus sərhədçilər çəkilir, İrəvan əsgər axtarır

Əliyev hər şeyi hesablayıb, İrəvan qərar gözləyir - Tarasov

Planetin hər 11-ci sakini aclıqdan əziyyət çəkir - Ekson

Bu xoşagəlməz hallara baxmayaraq, COP29... - Qafarova

Füzulidə bunun üçün ərazi müəyyən edildi - Qərar

COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Məhmədtahir Zakirzadə Azərbaycanda səfərdədir

Tənzilə Narbayeva Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla