Yuxarı

Şoltsun Putinə zəngi və qəbuledilməz tələbləri… - Nimayer

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şoltsun Putinə zəngi və qəbuledilməz tələbləri… - Nimayer

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, Ukraynada münaqişənin sülh yolu ilə həlli üçün maraqlı olduğunu göstərmək istəyib. Lakin bu addım tənqidlə qarşılanıb. Şoltsun zəngi daha çox “təşəbbüs nümayiş etdirmək” məqsədi daşıyıb və real nəticə əldə etməyə yönəlməyib.

Axar.az xəbər verir ki, bu fikirləri Almaniya Konstitusiyası və Suverenlik Şurasının qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimayer bildirib.

Onun sözlərinə görə, Şoltsun Moskva üçün qəbuledilməz olan şərtlər irəli sürməsi bu söhbəti mənasız edib.

O, həmçinin vurğulayıb ki, Şoltsun zəngi Qərb tərəfdaşları ilə razılaşdırması onun müstəqil siyasətçi olmadığını göstərir:

“Kanslerin əsas məqsədi seçkilər ərəfəsində fəaliyyətsizlikdə ittihamlardan yayınmaqdır”.

Qeyd edək ki, Şolts və Putin arasında danışıqlar Almaniya tərəfinin təşəbbüsü ilə 15 noyabrda baş tutub.

Tarix
2024.11.16 / 16:15
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla