Yuxarı

Fevralın 1-dən suyun və işığın qiyməti qalxır - İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fevralın 1-dən suyun və işığın qiyməti qalxır - İddia

Fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq.

Bu barədə etibarlı mənbədən "Musavat.com"a daxil olan məlumata görə, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır. Mənbənin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30 qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir. Tarif Şurasının bu məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir.

"Azərsu" rəsmiləri yanacağın bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin icrasının mümkünsüz olduğunu bildiriblər. Məlumatlı mənbə paytaxtın içməli su ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də əsas arqumentlərdən biri olduğunu vurğuladı.

Başqa bir informasiyaya görə, paralel olaraq "Azərenerji"nin də Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də bahalaşma gözlənilir.

Tarix
2014.01.18 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla