Yuxarı

Mehriban Vəzir Elçibəyin oğluna etiraz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Vəzir Elçibəyin oğluna etiraz etdi

"Ərturqut bəy deyir ki, atamın ruhunu dinc buraxsınlar. Haqlıdır. Amma işin başqa yönü var. Danışan kəs kiminsə atasından danışmır, öz lideri, böyüyü, müəllimi Elçi Bəydən danışır. Ona görə də, rahatsız olmaq lazım deyil. Elçi Bəy evin deyil, Elin Bəyi, Elin Elçisidir. Sizin qədər, bəlkə daha çox, onu sevən, adını yaşadan, yolu ilə gedən, hətta "adından istifadə edir" dediyiniz hər kəsindir".

Bunu Milli Şuranın üzvü Mehriban Vəzir Elçibəyin oğlu Ərturqut Əliyevin AXCP – Müsavat qarşıdurmasında tərəflərin Elçibəyin adından istifadəsinə etiraz bildirməsinə cavab olaraq "Feysbuk" profilində yazıb.

Mehirban Vəzir bildirir ki, Elçi Bəyin çevrəsində minlərlə insan var ki, bu gün də Bəylə onun arasında heç bir ailə, övlad, varis, sözçü yoxdur. Bir özü, bir Allahıdı…

"İnsanlar dara düşəndə Allaha, Qurana and içirlər. Doğruçu da belə edir, yalançı da. Çünki Allah, düzü-əyrisi ilə hamının, bütün bəndələrinin Allahıdır. Və hər kəsin Allaha sığınmaq hüququ var.

Elçi Bəy də elə insani və siyasi dəyərlərdən biridir ki, söz sahibləri hər zaman onun varlığında sığınacaq bulacaqlar. Onun adı hər zaman hallanacaq. Çoxlarımız vicdanı ilə baş-başa qalanda "Bəy, məni bağışla" deyəcək.

Hətta sağlığında ona haqsızlıq edənlərin, onu anlamayanların belə bu gün ona pənah aparması normal haldır. Dünən anlamadığımı bu gün anlayıramsa, izin verin… anlayım".

"Elçi Bəyi, həm də aramıza girmiş zaman anlatmaqdadır", - deyə, yazıçı-publisist fikirlərini izah edib.

Xatırladaq ki, Ərturqut Əliyev partiya funksionerlərini Elçibəyin adından istifadə etməkdə günahlandıraraq, onlardan atasının ruhunu dinc buraxmalarını istəyib.

Tarix
2014.01.18 / 14:55
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla