Yuxarı

“Nar” jest dilinin inkişafına töhfə verməyə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən “Nar”, BMT-nin qəbul etdiyi 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir.

Axar.az xəbər evrir ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.

“Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı “Nar”ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.

Bundan başqa, mobil operator 2016-cı ildən bölgələrdə və paytaxtda eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün “Təlim Məktəbi” layihəsini həyata keçirir. Davamlı layihələrdən olan “Təlim Məktəbi” sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərdən keçir və onların uyğun iş yerləri ilə təmin olunmasına dəstək göstərilir. Ümumilikdə, təlimlərdən bu günə qədər 100-dən çox insan faydalanıb.

“Nar”ın eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün sosial layihələri həm də BMT Qlobal sazişinin bir üzvü olaraq dayanıqlı inkişaf məqsədlərinə olan öhdəliyinə sadiqliyinin ifadəsidir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2022.09.23 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla