Yuxarı

ETSN Baş Polis İdarəsi ilə əməkdaşlığa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ETSN Baş Polis İdarəsi ilə əməkdaşlığa başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq bu istiqamətdə birgə tədbirlər görülür:

"Artıq oktyabr ayından ov mövsümünə də start verilir. Ov mövsümü başlamazdan əvvəl Su Nəqliyyatında Baş Polis İdarəsi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, həm balıq ovu ilə, həm də digər qanun pozuntularının qarşısını almaqla bağlıdır. Qanunsuz balıq ovu, brakonyerlik və digər qanunsuzluğun qarşısının alınması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər güc strukturları ilə birgə tədbirlər planlaşdırır. Artıq yaxın vaxtlarda biz bu məsələlərlə bağlı birlikdə mühafizə işlərini həyata keçirəcəyik".

Xidmət rəisi bildirib ki, Qızılağac Milli Parkının ərazisinin böyük hissəsi su bataqlığı olduğundan bu ərazidə su polisi ilə xüsusi əməkdaşlıq nəzərdə tutulub:

"Bu ərazilərdə qanunsuzluq törədən vətəndaşlarla bağlı məlumatlar dərhal polisə ötürüləcək və iki qurum arasında sıx informasiya mübadiləsi əməkdaşlığı ediləcək".

Tarix
2022.09.30 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla