Yuxarı

Ağdamda kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Axar.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verib.

Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur.

Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub.

Tarix
2022.10.04 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla