Yuxarı

Bu televiziya kanallarına xəbərdarlıq olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Audiovizual Şurası ATV və MTV kanallarına xəbərdarlıq edib.

Bu barədə Axar.az-a Şuradan məlumat verilib.

Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda ATV və MTV kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının ATV redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə "Media haqqında" qanunun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, ATV redaksiyasının (kanalının) efirində 04 oktyabr 2022-ci il tarixdə saat 13.10-13.50 arası yayımlanan "Çukur" serialında saat 13.16-da zorakılıq səhnəsi (insana xüsusi alətlə fiziki zorakılıq tətbiq edilərək xəsarət yetirilməsi və həmin insanın iztirab çəkməsi səhnələri) açıq nümayiş etdirilmişdir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.3.1-ci maddəsinin tələbinə (müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan zorakılığı və qəddarlığı nümayiş edən informasiya) ziddir.

Daha sonra peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.1-ci maddəsinin tələbinin (zorakılığı və qəddarlığı təbliğ edən informasiya) pozulması faktı müzakirə olunub.

Belə ki, MTV redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə saat 13.10-16.00 arası yayımlanan "Ümid ilə gəl" proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev (Tolik) arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olub və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb. Bu fakt "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.1-ci maddəsinə əsasən zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya aiddir. Həmin qanunun 9.2.2-ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. "Media haqqında" qanunun 14.1.15-ci maddəsinə əsasən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçısı "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına (ATV redaksiyası) və peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-ə (MTV redaksiyası) belə halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tarix
2022.10.05 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla