Yuxarı

Nazirliyin yeni sistemi: 880 Xidməti nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin yeni sistemi: 880 Xidməti nədir?

Yeni yaradılan elektron məhkəmə sistemi (e-məhkəmə) ilə bağlı bir çox hallarda problem yaranır. Sistemin yeni olduğu üçün həm vəkil və hüquqşünaslar ondan mükəmməl şəkildə istifadə edə bilmirlər, eyni zamanda, sistemin özü də hələ tam təkmilləşməyib. Bu isə narazılıqlara səbəb olur.

Axar.az xəbər verir ki, Ədliyyə Nazirliyi ictimai maariflənmə aparmaq və birbaşa yardım üçün 880 qaynar xəttini istifadəçilərin ixtiyarına verib.

İstənilən problemlə qarşılaşan istifadəçi qaynar xəttə zəng vurmaqla, ən qısa müddətdə yardım almaq imkanına malikdir.

Qaynar xəttin mühüm özəlliyi isə odur ki, orda peşəkarlar xidmət edir və problemin tapılması və həlli üçün birbaşa müdaxilə edə də bilirlər. Belə ki, uzaqdan idarəetmə proqramı ilə kompüterə qoşularaq, istifadəçiyə nəzəri deyil, birbaşa və praktik yardım göstərilir.

Ədliyyə Nazirliyi də problemlə üzləşən istifadəçilərə dəstək verməyə hazır olduğunu bildirib.

“Hər kəsdən onlayn ərizə zamanı problemlə qarşılaşdığı zaman 880 qaynar xəttinə müraciət etməyi xahiş edirik”, - nazirlikdən vurğulanıb.

Zəruri qeyd: təcrübəmizə əsasən qaynar xəttin son dərəcə çevik və operativ çalışdığını məmnunluqla deyə bilərik.

Tarix
2022.10.06 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla