Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Azərbaycanın tanınmış yazıçısı vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış yazıçı və dramaturqu Aslan Qəhrəmanov dünyasını dəyişib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, mərhumun dostunun, verdiyi məlumata görə, o, dünən axşam saatlarında vəfat edib.

Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkdiyi, xeyli müddət yataq xəstəsi olduğu, 3 ay öncə İran İslam Respublikasında cərrahiyyə əməliyyatı edildiyi bildirilib.

Mərhumun meyiti dəfn olunmaq üçün bu gün səhər anadan olduğu Ağstafa rayonuna aparılıb.

Qeyd edək ki, Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. Həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib.
Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib.

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.

Tarix
2014.01.20 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

11 min hektar ərazi işğaldan azad edildi - Zakir Həsənov

Ramin Hacılı həbs edildi

Şok: Şortikə görə tənqid edilən qız intihar etdi - Foto

MN-dən Günnüt zəfəri ilə bağlı maraqlı - Videoçarx

Ordumuz döyüş əmrini yerinə yetirməyə hazırdır - Nazir

Elşad Miraləm vəzifəsindən getdi

Qırıcı və helikopterlərimiz səmaya qalxdı

İH "qanunidir" dedi, Komitə isə tikintini dayandırdı - Video

Bu nazirlik idarə rəisi barəsində akt tərtib etdi

“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla