Yuxarı

SOCAR “Happy Yusifzadeh” ilə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR  “Happy Yusifzadeh” ilə bağlı məlumat yaydı

Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda yanlış yazılmasına dair məlumat yayılıb. İddiaya görə, hazırda saytın ingilis dili versiyasına giriş mümkün olmasa da, orada X.Yusifzadənin adı “Happy Yusifzadeh” kimi qeyd edilib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı SOCAR paylaşım edib.

Qurumun Feysbuk səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur:

“Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.

Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə "Quql Xrom" (Google Chrome) brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda qeyd olunub.

Tarix
2022.10.28 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla