Yuxarı

7 qəzetdə dilimizin tətbiqi səviyyəsi yoxlanıldı: 2500 səhv...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 qəzetdə dilimizin tətbiqi səviyyəsi yoxlanıldı: 2500 səhv...

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2 500 səhv qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.

O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib:

"Monitorinq nəticəsində qeydə alınan 2 500 dil faktından 1 769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib".

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.

Tarix
2022.11.25 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla