Yuxarı

Bakıda iki bayraq yürüşü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda 9 noyabr - Dövlət Bayrağı günü qeyd olunub.

Axar.az xəbər verir ki, Təhsil Nazirliyi bayraq yürüşü keçirib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan yürüş Azneft meydanından Dövlət Bayrağı Meydanınadək davam edib.

Yürüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, deputatlar, ali məktəb rektorları, çoxsaylı tələbə və şagirdlər iştirak edib.

Eyni gündə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilir.

"Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında keçirilən ənənəvi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər. 16,5 kilometrlik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.

Tarix
2015.11.07 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla