Yuxarı

BƏƏ səfiri ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ səfiri ADU-nun qonağı oldu

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Axar.az xəbər verir ki, səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor tələbələrin ərəb dilinə olan marağı haqqında danışıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağını diqqətə çatdırıb.

Görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni perspektivlər açılacaq.

Fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib.

Diplomat iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən, təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, Ərəb dili və mədəniyyəti mərkəzinin açılması üçün bütün zəruri addımların atılacağını qeyd edib.

ADU-nun rektoru Kamal Abdulla Məhəmməd Əl Bluşini universitetin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.

Tarix
2023.01.26 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla