Yuxarı

Əskişəhərdəki azərbaycanlılar bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrdə İran adlanan ölkənin Azərbaycana qarşı sərgilədiyi siyasət açıq və konkret şəkildə düşmənlikdir.

Axar.az xəbər verir ki, bu sözlər Əskişəhər Azərbaycanlıları Dərnəyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti və terror aktı qətiyyətlə pislənilib:

“Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiq və nifrət həddini aşıb və Azərbaycan Prezidenti İlham Əliyev də beynəlxalq toplantılarda yaşananları dilə gətirib. Bu nifrət və kinin nəticəsi kimi 27 yanvar tarixində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum təşkil edildi və nəticədə əvvəl İstanbuldakı Baş Konsulluğumuzda mühafizə xidmətinin əməkdaşı olmuş Orxan Əsgərov şəhid oldu, iki nəfər isə yaralandı. Əskişəhər Azərbaycanlıları Dərnəyi olaraq şəhidimizə Allahdan rəhmət, ailəsi başda olmaqla, bütün xalqımıza başsağlığı, səfirliyimizin yaralı əməkdaşlarına isə şəfalar diləyirik.

Əskişəhər Azərbaycanlıları Dərnəyi olaraq İran adlanan ölkəni və edilən xain hücumu şiddətlə qınayır, qurulan xain planın baş tutmayacağını, öz kinlərində boğulacaqlarını ifadə edirik”.

Tarix
2023.01.29 / 16:35
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla