Yuxarı

Kürdə meyiti tapılan şəxslə bağlı DİN-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdə meyiti tapılan şəxslə bağlı DİN-dən açıqlama

16:09

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Kür çayında batan rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədovun meyiti çayın Şəmkir rayon ərazisindən keçən hissəsində aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 24-də Kür çayının Tovuz rayonunun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin ehtimala görə, E.Məmmədov çayda balıq tutan zaman batıb.

***

2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.

Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2023.02.04 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifəyə təyin olunan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla