Yuxarı

Kamal Abdulla türk icma rəhbərləri ilə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla türk icma rəhbərləri ilə - Foto

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısı çərçivəsində Bakıda səfərdə olan bir qrup türk icma nümayəndələri ilə görüşüb.

Mərkəzin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə Avropa Qərbi Trakya Türk Federasiyasının, Moskva "Vətən" cəmiyyətinin, Moskva Qaraçay-Balqar Gənclərinin inkişafına dəstək Fondunun, Kiyev Krım tatarları cəmiyyətinin, Moskva Kumık qurumunun və Azərbaycanda yaşayan Ahıska türklərinin "Vətən" ictimai birliyinin rəhbər şəxsləri iştirak edib.

Dövlət müşaviri sovet dönəmində Stalin repressiyası nəticəsində doğma torpaqlarından deportasiya edilən Ahıska türklərinə ölkəmizdə daim dövlət qayğısının göstərildiyini bildirib və görüşdə iştirak edən bütün türk icma nümayəndələrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib.

Avropa Qərbi Trakya Türk Federasiyasının sədri Halit Habipoğlu FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısının ilkinin ötən il Türkiyədə keçirildiyini, ikinci konfransın Bakıda düzənləndiyini bildirib.

Azərbaycanda yaşayan Ahıska türklərinin "Vətən" ictimai birliyinin sədri İbrahim Məmmədov Azərbaycan dövlətinin Ahıska türklərinə hər zaman göstərdikləri qayğı və dəstəyə görə minnətdarlığını ifadə edib və BBMM-nin təşkil edəcəyi konfranslarda və müxtəlif layihələrdə iştirak üçün həmişə hazır olduqlarını bildirib.

Görüşün sonunda qonaqlara Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.

Tarix
2015.11.11 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kayanı Cübbəli ifşa etmişdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla