Yuxarı

Türkiyənin çağırışı ilə güneylilər konsulluğa toplaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin çağırışı ilə güneylilər konsulluğa toplaşdı

Güney Azərbaycan Quzey Azərbaycanda baş verən hadisələri yaxından izlədiyi kimi, Türkiyə ilə də dərindən maraqlanır. “Əsrin faciəsi” adlandırdığımız bu zəlzələ biz azərbaycanlıları kədərə qərq etdi. Türkiyə ilə duyğusal bağlarımız var və baş verənlərdən mütləq şəkildə təsirlənirik. İndi də əlimizdən gələni əsirgəmir və qardaş-bacılarımıza kömək etməyə çalışırıq.

Bu sözləri Axar.az-a güneyli fəal və araşdırmacı Babək Şahid deyib.

“Zəlzələdən sonra biz mənəvi dəstəyimizi nümayiş etdirdik, eyni zamanda maddi yardım da göstərdik. Güney azərbaycanlılar üzüntülərini, başsağlığını, Türkiyə ilə bir olduqlarını kütləvi şəkildə, yorulmadan sosial mediada paylaşırdılar. Bu hadisəni dünyanın diqqətində saxlamaq üçün böyük fəallıq nümayiş etdirirdilər. “Traktor” və “Aluminium Arak” futbol komandasının oyunu zamanı stadionda “Sevinciniz sevincimiz, acınız acımızdır” sözləri yazılmış böyük bir türk bayrağı asıldı. Meydanda “Azərbaycan var olsun, Türkiyə başın sağ olsun!” şüarları səsləndirildi”.

O, həmçinin, güneylilərin dəstək məqsədli fəaliyyətlərindən də danışıb:

“Türkiyənin Təbriz və Urmiyadakı konsulluqları Tvitter hesabından yardım kampaniyası ilə bağlı çağırış edən kimi güneylilər buna biganə qalmadı. Zəlzələ bölgəsinə lazım olan ləvazimatları göndərmək istəyən minlərlə urmiyalı və təbrizli kampaniyaya qoşuldu. Milli fəallar və güneylilər az keçməmiş konsulluğun qarşısına toplaşıb, öz yardım paylarını çatdırmağa çalışırdılar. Zəlzələdən zərər çəkənlərə yüzlərlə ədyal, istilik qurğuları və başqa zəruri mallar göndərildi. Hər iki konsul videomüraciət edərək, dəstəyə görə Güney Azərbaycana təşəkkür etdi. Yaxın zaman ərzində bu yardımların Türkiyəyə çatdırılacağını bildirdi”.

Tarix
2023.02.17 / 00:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla