Yuxarı

Adil Əliyev diploma layiq görüldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 noyabr "Milli Dirçəliş günü" münasibətilə Azərbaycan Kikboksinq Federasiyası və "Müəllim sözü" qəzeti redaksiyası tərəfindən dəyirmi masa təşkil olunub. Dəyirmi masada tanınmış ziyalılar, hərbçilər, incəsənət və ədəbiyyat nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hüquq üzrə fəlsəfə doktoru Adil Əliyev açaraq iştirakçıları "Milli Dirçəliş günü" ilə bağlı təbrik edib.

Sonra professor Firudin Cəlilov çıxış edərək, "Milli Dirçəliş günü"nün yaranma tarixindən bəhs edib. "Müəllim sözü" qəzetinin baş redaktoru, yazıçı-jurnalist Vahid Aslan "Milli Dirçəliş günü"ün müstəqillik yolunda xalqımıza qazandırdığı dəyərlərdən danışaraq, həmin dövrdə baş verən hadisələrdə gəncliyin rolundan bəhs edib.

Daha sonra professorlar - Vilayət Əliyev, Əli Hüseynov, Fuad Məmmədov, Maarifə Hacıyeva, Həcər Hüseynova, xalq artistləri – Alim Qasımov, Zaur Rzayev, Ağadadaş Ağayev, Aftandil İsrafilov, Ombudsman aparatının mətbuat katibi Zemfira Məhərrəmli, Olimpiya çempionu İlham Zəkiyev, hər kəsin Milli Qəhrəman kimi tanıdığı Ramil Səfərov, yazıçı-dramaturq Elçin Hüseynbəyli, "Kredo" qəzetinin baş redaktoru şair Əli Xələfli, AYB-nin mətbuat katibi, şair Xəyal Rza, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk, şair Pünhan İsmayıl, Azərbaycan Televiziyasının əməkdaşı Anar Məmmədli, "Müəllim sözü" qəzetinin redaktoru Almarə Abbasova, Qarabağ müharibəsi veteranı Elmar Hüseynov, ADU-nun tələbəsi Nigar Hüseynova və digər qonaqlar çıxış edərək, dəyirmi masada maraqlı fikirlər səsləndiriblər.

Tədbirdə eyni zamanda millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hüquq üzrə fəlsəfə doktoru Adil Abış oğlu Əliyev "Ziyalı" fəxri-media diplomuna layiq görülüb.

Xatırladaq ki, "Ziyalı" fəxri-media diplomu 2012-ci ildən etibarən, "Müəllim sözü" qəzeti redaksiya şurası və "Ziyalı" xüsusi buraxılışı tərəfindən təsis edilib. Bu diplom hər ilin yekunlarına görə 3 nominasiya üzrə verilir.

İndiyədək bu diploma Akademik Arif Paşayev, Ombudsman Elmira Süleymanova, Professor Əli Hüseynov və digər ziyalılar layiq görülüblər. Adil Əliyev bu diploma "Cəmiyyətdəki ziyalı mövqeyinə və İctimai-siyasi fəaliyyətində qazanılan uğurlara görə" layiq görülmüşdür. Diplomu Adil Əliyevə "Müəllim sözü" qəzetinin baş redaktoru Vahid Aslan təqdim edib.

Tarix
2015.11.18 / 15:14
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla