Yuxarı

“Azərişıq”dan yarım milyon abonentə müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq”dan yarım milyon abonentə müjdə

Təkcə 5 ay ərzində regionlar üzə yarım milyon abonentin 1000-dən artıq köhnə, keyfiyyətsiz, gərginliyi aşağı olan elektrik xətti dəyişdirilib, yeni dayaqlar quraşdırılıb. Son texnologiyalar əsasında yeni transformatorlar və inzibati binalar istifadəyə verilib.

Bu sözləri Axar.az-a yarandığı gündən etibarən 9 ay ərzində "Azərişıq"ın gördüyü işlər barəsində danışan qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, respublikanın aran rayonları və dağ kəndlərindəki elektrik enerjisi ilə bağlı aparılan reabilitasiya işləri sürətləndirilib.

Qurum rəsmisi əlavə edib ki, bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, fəaliyyətləri sürətləndirilib:

"Bu idarələr yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Qarşıdan gələn qış mövsümü üçün də xüsusi hazırlıqlar görülməkdədir".

Qeyd edək ki, hazırda Azərişıq ASC-nin 2,5 milyon abonenti var. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib. Transformatorların əksəriyyəti test edilərək 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb.

Tarix
2015.11.19 / 12:18
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Həsən Mansurov BMT Konqresind' çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla