Yuxarı

3 yaşlı azərbaycanlı alimin inanılmaz istedadı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 yaşlı azərbaycanlı alimin inanılmaz istedadı - Video

Azərbaycanda və dünyada öz istedadı ilə hər kəsi təəccübləndirən uşaqlar yetərincədir. Belə istedadlı uşaqlardan biri də 3 yaşlı İsadır. Ona "balaca alim" də demək olar. Çünki balaca İsa böyüyəndə elə alim olmaq istəyir. Cəmi 3 yaşı olsa da, İsa vurma cədvəlini əzbər bilir, onluqları, yüzlükləri, minlikləri, hətta milyonları asanlıqla toplaya bilir.

"Axar.az"ın müxbirlərini qarşılayanda da qələmi əlində, yazı taxtası, silgisi, hesablayıcı maşını da yanında idi.

Valideynləri deyir ki, İsanın hələ bir yaşı, yaş yarımı olanda onun bu qeyri-adi istedadı üzə çıxıb. O vaxtlar rəqəmləri bir dəfə deməklə artıq İsanın yaddaşına həkk olunurdu. Ən qısa müddətdə 100-ə qədər saymağı öyrənib. Anası bildirir ki, İsa ağlayanda belə, adi misal deyən kimi sakitləşir, əlavə sözə ehtiyac olmur. İsanın ən sevdiyi rəqəm isə 7-dir. "Balaca alim" qohumların mobil telefonların nömrələrini də əzbər bilir.

Bir az da əsəbi olan İsanın başqa bir istedadı da var. O, rus, ingilis və ərəbcə saymağı da bacarır.

Tarix
2014.01.25 / 19:01
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla