Yuxarı

Quzeydə Novruz Güneydən daha əzəmətli keçirilir – Şizli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı mərasimləri İranda, xüsusilə də Güney Azərbaycanda və Quzey Azərbaycanda demək olar ki, eyni cür qeyd olunur. Amma ölkənin inkişafı ilə əlaqədar bəzi fərqlər var. Bu fərqləri Güneydən Bakıya gələndə gördüm.

Bu sözləri Axar.az-a güneyli fəal və yazıçı İbrahim Şizli deyib.

O, Bakıdakı bəzi Novruz adət-ənənələrinə təəccübləndiyini bildirib:

“Bakıya yeni gələndə mənə bir neçə ənənə çox maraqlı gəldi. Məsələn, papaqatdı. Bu, şalsallamanın yeni forması idi. Bir də görürdün qapı döyüldü və qarşında papaq var. Elə bilirdik ki, kimsə papağını unudub və onu götürürdük. Belə gülməli bir vəziyyət yaranırdı. Bu tayda dörd dəfə çərşənbə qeyd olunur. Dörd dəfə od yandırılır. Güneydə iki dəfə - Su və Od çərşənbəsində tonqal qalanır. Bizim məhəlləmizdə cavan uşaqlar tonqalın ətrafına yığışıb, oxuyub-oynayırdılar, heyrətlənirdik. Həmçinin, bayram axşamları da bu cür tonqal mərasimləri keçirirdilər. Musiqi alətləri gətirib, ifa edirdilər. O tayla müqayisədə çox fərqli keçirilirdi. Gördüklərimə əsasən, deyə bilərəm ki, buranın Novruz bayramı çox əzəmətli, şanlı idi. Hətta dövlət səviyyəsində yüksək səviyyədə qeyd olunur. Mən buradakı mərasimlərdən videolar hazırlayıb, dostlarıma göndərirəm ki, baxsınlar, burada necə əzəmətli qeyd olunur. Çoxu elə bilir ki, bu tərəfdə qeyd olunmur”.

O, getdikcə bayramların əvvəlki təmtəraqda qeyd olunmamasından şikayətlənib:

“Bunları qoruyub-saxlamaq lazımdır. Bu il yaşadığımız ərazidə, düzü, daha sönük keçdi. Əvvəl tonqal ətrafına çoxlu gənc toplaşırdı. Bu dəfə isə məhəlləmizdə nə çərşənbələrdə od yandırıldı, nə də bayramda. Bu da ola bilsin, camaatın yaşayış tərzi ilə əlaqəlidir. Bir telefonla, şəkilli mesaj göndərməklə bayramlaşırlar. Buna çox təəssüf edirəm. Dəyərlərimiz tariximizdir. Bu tarixi ənənələrimiz yavaş-yavaş yaddaşlardan silinir. Bunu belə görmək istəmirəm”.

Tarix
2023.03.22 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla