Yuxarı

Şəhid anasını aldatdığı iddia edilən şəxs kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid anasını aldatdığı iddia edilən şəxs kimdir?

12:50

Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı aldadaraq, 200 manat pulunu aldığı iddia edilən şəxsin kimliyi bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev məlumat yayıb.

O bildirib ki, Bəxtiyar adlı şəxsin ağdamlı olduğu haqda məlumatdan sonra (Zaur Əliyev özü ağdamlıdır – red.) araşdırma aparıb:

“Şəhid anasının iddia etdiyi kimi, çəkiliş adı ilə 200 manat pul alan adamın adı Bəxtiyar Sadayoğludur. Onunla danışdım və haqqında hər şeyi öyrəndim.

B.Sadayoğlu Xocalının Kosalar kəndində anadan olub, ağdamlı deyil. Əvvələr molla olub, sonradan peşəsini ataraq jurnalistliyə başlayıb. Gəncə tərəfdə Hacı Məlikli qəsəbəsində yaşayıb. İddia edir ki, şəhid anasına çəkiliş yox, jurnalda çap söz vermişəm. O, 14 jurnal verdiyini bildirdi, şəhid anası isə deyir ki, cəmi 6 jurnal verib, onun yalnız biri oğlu haqqındadır. Bəxtiyar deyir ki, jurnalları qaytarsın, pulu verim.

Bir tərəf deyir ki, 200 manat pulu jurnal üçün almışam, ailə isə ATV kanalında çəkiliş üçün aldığını bildirir.

Bəxtiyar iddia edir ki, guya onu Tovuz şəhərində çəkiliş etdiyi üçün şəhid ailəsi adından istifadə edirlər. Şəhid ailəsi, Amana xanım kasıb ailədir. Yeganə oğlu Qarabağ uğrunda şəhid olub.

Hər halda dövlətimizin polisi ədalətli yanaşacaq, əsl həqiqət üzə çıxacaq”.

Qeyd edək ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxsin Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq, 200 manat aldığı haqda məlumat yaymışdı.

Tarix
2023.03.24 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla