Ana səhifə Toplum |
Əlbəttə, hansısa bir şəxsin həbs olunması təəssüfverici amildir, xüsusi də tanıdığın adam olanda. Anar Əsədli ilə uzun zaman öncədən münasibətimiz olub. Amma o, bu münasibətlərdən sui-istifadə edib və iş görmək adı ilə məndən vəsait alıb. Sonradan məlum oldu ki, məndən alınan vəsait işə yatırılmayıb. Həmin vəsaiti geri tələb edəndə isə qaytarmaqdan imtina etdi.
Axar.az xəbər verir ki, bu sözləri Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində ötən gün həbs qətimkan tədbiri seçilməsi haqda Cebhe.info-ya açıqlamasında qeyd edib.
O bildirib ki, Anar Əsədli hüquq-mühafizə orqanlarına müraciət etməkdən başqa yol buraxmadı:
“Bu səbəbdən də 2020-ci ilin oktyabr ayında onun əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Mənimlə bərabər, Zəngilan rayon İcra Hakimiyyətinin keçmiş başçısı İlham Hüseyn də şikayətçi olub. Məlum olub ki, Anar Əsədli bu cür hərəkətləri başqa şəxslərə qarşı da törədib. O dövrdən bu günə qədər araşdırmalar aparılır. Hesab edirəm ki, uzun müddət aparılan istintaq geniş və hərtərəfli olub və nəticədə belə bir qərar verilib. Təəssüf edirəm ki, Anar Əsədli bizə başqa yol saxlamadı, özünə isə bu yolu seçdi”.
Qeyd edək ki, Anar Əsədli külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Yalnız iki şəxsdən onun 156 min dollar mənimsədiyi bildirilir.
Ona qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Ötən gün isə barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Tarix
2023.04.22 / 13:22
|
Müəllif
Axar.az
|