Yuxarı

Qəhrəmanlar unudulmur: Şəhidlərimiz anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəhrəmanlar unudulmur: Şəhidlərimiz anıldı - Foto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, Peşə Təmayüllü litseyin kollektivi, gənclər və məktəblilər iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daima qürurla, ehtiramla yad etməkdir. Qəbələ rayonu icra hakimiyyəti aparatının nümayəndəsi Pərviz Ağayev rayon gəncləri arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

Vətən müharibəsi veteranı, şəhidin döyüş yoldaşı polkovnik leytenant Cabir Zeynalov qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.

Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı orta məktəbin şagirdlərinin hazırladığı qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edilib.

Tarix
2023.05.25 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla