Yuxarı

AZAL unikal qülləsini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında müasir tipli ikinci Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olub.

"Azərbaycan Hava Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, radiolokator ilə təchiz olunmuş yeni qüllə hazırda Avropada unikal sistem kimi tanınır. Yeni qüllə hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir.

Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək.

Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.

Qüllənin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin vitse-prezidenti Roje De (Roger Daix) və AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.

Tarix
2015.12.09 / 13:51
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla