Yuxarı

İnsanlar sellə bağlı xəbərdarlıqlara əməl etmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O, hava şəraiti ilə bağlı əhalinin ehtiyatlı davranmaları üçün zəruri məqamları açıqlayıb.

"Vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, hazırkı gursululuq dövrünü nəzərə alaraq hava durumu ilə bağlı məlumatlara diqqətlə yanaşsınlar, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlara ciddi əməl etsinlər. Dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalını nəzərə alaraq vətəndaşlarımızın çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olması tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın ərazilər daim təhlükəli yerlərdir. Çayların məcrasına yaxın, yaxud onun kənarlarında müvəqqəti və ya daimi yerləşməsinlər, piknik üçün bu əraziləri seçməsinlər, mal-qaranın çay məcrası istiqamətinə yönəldilməsinə yol verməsinlər”.

İ.İbrahimovanın sözlərinə görə, təəssüf ki, insanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar, təhlükənin ciddiliyini nəzərə almırlar, sel prosesini yaxından izləyirlər, ərazini tərk etmək əvəzinə hətta “selfie” çəkirlər. Düşünmürlər ki, bu, çox təhlükəlidir. Axın hər an istiqamətini dəyişə bilər. Bir daha bildirirəm, xəbərdarlıqlar ciddiyə alınmalı, sel-daşqın hadisəsi başlayan kimi dərhal ərazi tərk edilməlidir.

Nazirlik sözçüsü onu da bildirib ki, küləkli havada uşaqlar nəzarətsiz buraxılmamalı, nəqliyyat vasitələri iri gövdəli ağacların altında saxlanılmamalıdır. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, - qurum rəsmisi qeyd edib.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

Tarix
2023.06.01 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev BƏƏ prezidentini Füzulidə qarşıladı

Putini bir müsahibə ilə darmadağın etdi...

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla