Yuxarı

İlham Əliyev 3 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 3 fərman imzaladı

16:17

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.

***

Prezident İlham Əliyev ASAN Kommunal mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərini ASAN Kommunal mərkəzlərində həyata keçirəcək.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında dəyişiklik edib.

Fərmana əsasən, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” genişləndirilib.

“Azəristiliktəchizat” ASC-nin adı həmin siyahıya əlavə edilib.

Tarix
2023.06.08 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla