Yuxarı

Bakıda sudan qanunsuz istifadə edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonunda həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində sudan qanunsuz istifadə halları aşkarlayaraq qarşısını alıb.

Bu barədə Axar.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, rayonun Maştağa qəsəbəsi, Bağlar massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslərin tikdiyi 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Belə ki, bu evləri tikən şəxs magistral su kəmərinə özbaşına qoşulub, 50 mm diametrli paylayıcı su xətti çəkib. Sudan qanunsuz istifadəyə görə evlərin su təchizatı dayandırılsa da, ev sahibləri kəsilən su xəttini birləşdirərək sudan qanunsuz istifadəni davam etdiriblər.

Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən istixanada da suyun talanması faktı aşkarlanıb. Məlum olub ki, istixananın sahibi 50 mm diametrli boru vasitəsilə yaxınlıqdan keçən magistral xəttə birləşmə edərək suyu talayıb.

Aparılan nəzarət tədbirləri nəticəsində məlum olub ki, Bilgəh qəsəbəsi, Salamzadə küçəsində yerləşən avtoyuma məntəqəsi və servis mərkəzi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Obyektlərə özbaşına çəkilmiş su xətləri və ehtiyat su çəninin doldurulması faktı aşkar edilib.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-may aylarında 7 316, Sabunçu rayonunda isə 2 053 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Tarix
2023.06.10 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla