Yuxarı

Bu şagirdlər monitorinqə cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şagirdlər monitorinqə cəlb olundu

Paytaxtda ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.

Axar.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva monitoriq prosesinin gedişatını izləyib.

Qeyd edib ki, monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə məktəblərin reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

Tarix
2023.06.10 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıda səfirlik açacaq

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla