Yuxarı

Yanvar ayının pensiyaları verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, DSMF-nin ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülməsi artıq başa çatdırılıb.

Yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Tarix
2016.01.11 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla