Yuxarı

Yeni metrolar harda tikilir? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəl metropolitenin işçiləri ay ərzində maksimum 60-65 metr tunel qazırdı. Lakin yeni qazma qurğusu ilə biz ay ərzində 350-400 metr tuneli hazır vəziyyətə gətirə bilirik.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, 4630 metr yol qət edən "Herrenknecht" qazma kompleksi bu gün xəttin şərti olaraq B4 adlanan stansiyasına daxil olub:

"Qazıntı işləri yerin üzünə çıxmayıb, tam olaraq yer altında aparılır. Bu gün qurğu B4 stansiyasında öz işini başa vurdu".

"Herrenknecht" qazma qurğusunun özəllikləri

"Müasir texnologiyadır, alman istehsalıdır. Bu qurğu təkcə qazma işlərini yerinə yetirmir. Eyni zamanda, torpağın təmizlənməsi, beton kubiklərin quraşdırılması və s. kimi tamamlama işlərini edə bilir", – Paşayev bildirib.

Onun sözlərinə görə, bu qurğunun Azərbaycanda tətbiqi ilə metro işçilərinin ixtisarı gözlənilmir: "2011-ci ildən bu mexanizm işləyir, amma bu vaxta qədər heç bir əməkdaşımız ixtisar edilməyib".

N.Paşayev şərti olaraq nömrələnən əraziləri də açıqlayıb:

"B1 (Avtovağzal), B2 (Memar Əcəmi), B3 (C.Məmmədquluzadə küçəsi (Papanin) stansiyalarımızda hazırda tikinti gedir. Şərti olaraq B4 adlandırdığımız stansiya 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə Tiflis prospektinin kəsişməsinə, B5 stansiyamız isə təqribən Qış parkı deyilən əraziyə təsadüf edir".

Qeyd edək ki, B5 istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.

Tarix
2016.01.14 / 16:31
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla