Yuxarı

Vaqifin məhkəməsində mühüm detal: Milli Qəhrəmanın oğlu…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Proses Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Bu gün keçirilən prosesdə zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri və şahidlər dindirilir.

Qeyd edək ki, ittihamı Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov və Dövlət İttihamı İdarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.

Təqsirləndirilən Vaqif Xaçatryan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilindən tərcümə edir.

Təqsirləndirilən şəxsi Vəkillər Kollegiyasının üzvü Radmina Abdulova müdafiə edir.

Zərərçəkmiş Xocalı rayon İcra Hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Tarix
2023.10.24 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla