Yuxarı

Sərhəddə narkotik tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində keçirdikləri əməliyyatla növbəti dəfə külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb.

DSX-dən Axar.az-a verilən məlumata görə, yanvarın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkarlanıb. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanıl­ıblar. Onların üzərində külli miqdarda narkotik vasitə - 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkarlanaraq, götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.01.19 / 09:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla