Yuxarı

İrəvan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir - Qoqua

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri gürcü siyasi ekspert Georgi Qoqua Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən söyləyib.

“Onsuzda Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəur dəhlizinin açılması üçün də səylərini artırmalıdır”, - deyə gürcü ekspert vurğulayıb.

O deyib ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur.

“İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun.

Ermənistan Azərbaycan ilə sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq”, – deyə G.Qoqua vurğulayıb.

Tarix
2023.12.03 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla