Yuxarı

Qəbələ insidenti: Nazirin qovduğu polis kimdir? - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə polisə qarşı müqavimət göstərən şəxslərin həbsi, o cümlədən yeniyetməyə zor tətbiq edən polisin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı insidentin bəzi təfərrüatı ortaya çıxıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, daxili işlər orqanlarında xaric edilən şəxs Qəbələ Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin (PPX) əməkdaşı polis serjantı Cavid Abbasovdur.

Bildirilib ki, hadisə baş verən gün – dekabrın 2-də Vəndam qəsəbəsində yerləşən restoranlardan birində 12 yaşlı uşağın (D.A. – red.) doğum günü qeyd olunurmuş. Orada səs-küy olması səbəbindən əraziyə PPX əməkdaşları gəlib və tədbirin daha sakit keçirilməsini tapşırıb.

Bu isə məclis sahiblərinin narazılığına səbəb olub və ad günü olan uşağın atası Səxavət Ağayev və əmisi Eldəniz Ağayevlə polis əməkdaşları arasında mübahisə yaranıb. Polis Səxavət və Eldəniz Ağayevləri polis şöbəsinə aparmaq üçün PPX avtomobilinə otuzdurub.

Bu zaman 12 yaşlı uşaq polis əməkdaşını ağır sözlərlə təhqir edərək onlara daş atıb. Polis serjantı Cavid Abbasov isə əsəblərinə hakim ola bilməyib və vəzifə səlahiyyətlərini aşaraq, yetkinlik yaşına çatmayan şəxsi yerə yıxaraq döyüb.

Baş verən insidentlə bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.

Qeyd edək ki, Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, fakta görə cinayət işi qaldırılıb və iki nəfər (Səxavət və Eldəniz Ağayevlər – red.) həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.

Tarix
2023.12.04 / 12:58
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

İlham Əliyev Xocalıda...

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla