Yuxarı

Dekabrda hava niyə mülayim keçir? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrda hava niyə mülayim keçir? – Rəsmi

Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O deyib ki, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub:

“Mülayim hava şəraiti dekabrın 4-də də müşahidə olunur. Dekabrın 5-i səhərdən ölkə ərazisində havanın dəyişəcəyi, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. 6-sı axşamdan 7-si axşamadək isə arabir yağış yağacağı ehtimal olunur. Bu da temperaturun bu günlərlə müqayisədə 3-5 dərəcə enməsinə səbəb olacaq”.

Xidmət rəisinin sözlərinə görə, bölgələrdə arabir güclənən qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s qədər güclənəcək:

“Dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək”.

Tarix
2023.12.04 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla