Yuxarı

Bu şəxslərin maaşı 11,3% artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,3% artaraq 921,1 manat təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Tarix
2023.12.11 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla