Yuxarı

Narkotik satan şəxsdən 13 kq marixuana və tiryək aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Daxili işlər Nazilriyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi “Hunday” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. R.İbrahimov narkotik vasitələri İnstaqram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2023.12.16 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla