Yuxarı

73 yaşlı qadın evində ölü tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
73 yaşlı qadın evində ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri mənzildə qadın meyiti aşkar edib.


"Axar.az"
ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 19.00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 42, mənzil 12 ünvanında yaşayan 73 yaşlı Abdullayeva Güllü Əhməd qızının meyiti aşkarlanıb. 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın yaxınları ondan xəbər ala bilməyiblər. Giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyini görən qohumlar və qonşular Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt" xidmətinə müraciət ediblər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın evdə tək yaşayırmış. Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar və mənzildə yaşlı qadının meyitini aşkarlayıblar.

Tarix
2014.02.04 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla